Məhkəmə sürücünü döyən məmur haqda qərar verdi - Yenilənib
Ötən gün Bakının Yasamal rayonunda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.
"Azadsəs.az"ın əldə etdiyi məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.
Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
***
APA xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.