azadses.az » Hadisə » Müəllimi və oğlunu döyən məktəbliyə hökm oxundu

Müəllimi və oğlunu döyən məktəbliyə hökm oxundu

Yevlax rayonunda müəllimi və onun oğlunu döyərək xəsarətlər yetirən məktəbliyə cinayət işi açılıb.

"Azadsəs.az"ın məlumatına görə, Yevlax şəhərindəki məktəblərdən birinin 9-cu sinif şagirdi, 2006-cı il təvəllüdlü Rza Bədəlovun (ad-soyad şərti) ötən il noyabrın 1-də Nizami prospektində yerləşən binanın həyətində musiqi müəllimi Səmayə Muradova və oğlu Zamiqi (ad-soyadlar şərti) döyərək xəsarətlər yetirməsinə görə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə iş açılıb.

Məlum olub ki, hadisədən bir neçə gün əvvəl Rza bacılarına müəllimin nəvəsi ilə oynamağı qadağan edib. Bundan sonra S.Muradova küçədə Rzanı görüb və ona irad bildirərək nə üçün nəvəsi barədə təhqiramiz ifadə işlətdiyini deyib. Nəticədə onların arasında mübahisə yaranıb. Evə gələrək hadisə barədə anasına danışan Rza daha sonra onunla birgə müəllimin yaşadığı binanın həyətinə gedib. Orada məktəblinin anası müəllimlə söhbət edərkən S.Muradovanın oğlu Zamiq mənzildən çıxaraq Rzanı uzaqlaşdırmaq istəyib. Məktəbli isə münaqişə yaradaraq qadına və oğluna təpiklə zərbələr endirib. Bu zaman S.Muradovaya məxsus 550 manat dəyərindəki telefon yerə düşərək sınıb. Rza daha sonra yaxınlıqdan keçən şəxsin əlindəki beli alaraq S.Muradova və oğluna yenidən xəsarətlər yetirib.

Yevlax Rayon Məhkəməsində açılmış cinayət işi üzrə proses keçirilib. Məhkəmədə Rza etdiyi hərəkətə görə üzr istədiyini deyib və peşman olduğunu bildirib.

S.Muradova isə məktəbli oğlanın etdiyi hərəkətə görə onu bağışlamadığını və cəzalandırılmasını istədiyini deyib.

Məhkəmə 15 yaşlı Rzanı qeyd edilən maddələr üzrə təqsirli bilib. Onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasının 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilməsinə qərar verilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  2. 65 yaşlı kişini ilan sancdı
  3. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  6. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  7. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  8. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  9. Bakıda yol qəzası olub, xəsarət alan var
  10. Talış Dağlıq zonasında güclü zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”