23 yaşlı oğlan nənəsini boğazından bıçaqlayıb öldürdü
Bakıda 23 yaşlı gənc nənəsini qətlə yetirib.
Suraxanı Rayon Prokurorluğundan “Azadsəs.az”a verilən xəbərə görə, aprelin 11-də rayon sakini, 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.