Ağdamda buldozer minaya düşdü
![](/uploads/posts/2022-03/medium/1648395378_mina.jpg)
“Azadsəs.az”ın APA-ya istinadən xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.
Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.