Oğuzda motosiklet aşıb: Sürücü və sərnişin xəstəxanalıq oldu
![](/uploads/posts/2021-07/medium/1626761446_oakgrovecrashjpg-2b6c815bc817e220.jpg)
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Bayan kənd sakini 1987-ci il təvəllüdlü Ürfan Bayraməliyevin idarə etdiyi motosiklet kənd ərazisində aşıb.
Nəticədə sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Şahlar Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.