Lənkəranskinin qardaşının restoranında əməliyyat - 10 nəfər tutulub
Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin restoranında əməliyyat keçirilib.
''Azad Səs'' xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.
Həmin zaman insident yaşanıb və hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.
Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.
Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.
"Neon" şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir. (Qafqazinfo.az)