Главная > Dünya > ABŞ ordusu Suriyada terrorçu qruplaşmasının liderini məhv edib
ABŞ ordusu Suriyada terrorçu qruplaşmasının liderini məhv edib24-08-2024, 11:17. Разместил: azadses |
ABŞ ordusu cümə günü Suriya ərazisinə zərbələr endirərək “Hurras ad-Din” ekstremist qruplaşmasının liderlərindən olan Əbu Əbdürrəhman əl-Məkkini zərərsizləşdirib. “Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “Bu gün CENTCOM qüvvələri “Hurras ad-Din” qruplaşmasının yüksək rütbəli liderini kinetik zərbə ilə öldürüb”, - komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb. Vurğulanıb ki, Əbu Əbdürrəhman əl-Məkki Suriyada olub və terror əməliyyatlarını oradan idarə edib. Вернуться назад |