ABŞ ordusu Suriyada terrorçu qruplaşmasının liderini məhv edib
- 24-08-2024, 11:17
- Dünya
ABŞ ordusu cümə günü Suriya ərazisinə zərbələr endirərək “Hurras ad-Din” ekstremist qruplaşmasının liderlərindən olan Əbu Əbdürrəhman əl-Məkkini zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün CENTCOM qüvvələri “Hurras ad-Din” qruplaşmasının yüksək rütbəli liderini kinetik zərbə ilə öldürüb”, - komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Vurğulanıb ki, Əbu Əbdürrəhman əl-Məkki Suriyada olub və terror əməliyyatlarını oradan idarə edib.