Главная > Dünya > Sloveniyaya təbii fəlakətin vurduğu ziyan yarım milyard avronu ötəcək
Sloveniyaya təbii fəlakətin vurduğu ziyan yarım milyard avronu ötəcək5-08-2023, 19:25. Разместил: azadses |
Güclü yağışlar nəticəsində yaranan daşqınların Sloveniyaya vurduğu ziyan 500 milyon avronu keçəcək. “Report” xəbər verir ki, bu barədə Sloveniya Milli Təhlükəsizlik Şurasının geniş tərkibdə iclasının sonunda baş nazir Robert Qolob bildirib. “Sloveniya yaxın tarixinin ən böyük təbii fəlakəti ilə üz-üzədir. Zərər ağlasığmazdır. O, mütləq 500 milyon avronu keçəcək. Qanunvericiliyə dəyişikliklər hazırlanır. Hökumət bu gün təbii fəlakətlərin aradan qaldırılması haqqında qanuna ilk düzəlişi nəzərdən keçirəcək”-deyə, o bildirib. Baş nazirin sözlərinə görə, Sloveniyanın şimalındakı Çrna-na-Koroşkem bələdiyyəsinin ölkənin digər hissəsi ilə hələ də əlaqəsi yoxdur. Hakimiyyət orqanları yaşayış məntəqəsinə lazımi əşyaları və texnikanı hava yolu ilə çatdırmağı qərara alıblar. Вернуться назад |