Главная > Dünya > Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib
Ukrayna Ordusu ötən gecə İran istehsalı olan 52 “Şahid” məhv edib28-05-2023, 12:39. Разместил: azadses |
Ukrayna hərbçiləri bu gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar. “Report” xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb. “2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, - məlumatda bildirilib. Qeyd olunub ki, ötən gecə Ukrayna üzərinə rekord sayda kamikadze dronu buraxılıb. Вернуться назад |