Главная > Dünya / Manset > Rusiya və Ukrayna arasında danışıqlar bu şəhərdə aparılacaq
Rusiya və Ukrayna arasında danışıqlar bu şəhərdə aparılacaq27-02-2022, 16:19. Разместил: admin |
Rusiya və Ukrayna arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın nümayəndə heyətinə rəhbərlik edən ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski təsdiqləyib. “Sözün həqiqi mənasında saat 15:00 radələrində biz danışıqların təsdiqini aldıq, danışıqlar təklif etdiyimiz kimi Qomel vilayətində keçiriləcək”, - o, Rusiyanın Minskdəki səfirliyində bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq üçün Minskdən Qomelə yola düşür. Вернуться назад |