Главная > Dünya / Manset > İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib
İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib19-08-2021, 14:58. Разместил: azadses |
Buzlaqla örtülü olan İsveçin ən yüksək dağ zirvəsi Kebnekaysenin cənub zirvəsində sürətli ərimə qeydə alınıb. Bu səbəbdən dağın hündürlüyü təxminən iki metr azalıb və indi dəniz səviyyəsindən 2 094.6 metr yüksəklikdə yerləşir. Bu barədə Stokholm Universitetindən məlumat verilib. Hazırda Kebnekaysenin ən yüksək zirvəsi buzlaq olmayan şimal zirvəsidir. Şimal zirvəsinin hündürlüyü 2 096.8 metr təşkil edir. Qeyd edək ki, BMT-nin İqlim Komissiyasının son hesabatında qlobal istiləşmənin buzlaqların görünməmiş əriməsinə səbəb olduğu vurğulanıb. Вернуться назад |