Главная > Dünya / Manset > Kanadada atışma olub, ölənlər yaralananlar var

Kanadada atışma olub, ölənlər yaralananlar var


9-08-2021, 13:02. Разместил: azadses
Kanadanın Toronto şəhərində baş verən atlşma zamanı azı iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən CBC telekanalı bildirib.

Məlumata görə, hadisə zamanı öldürülənlər 28-43 yaşlı kişilərdir.

Polisin qənaətincə, onların arasında dava olub, bu isə atışmaya gətirib çıxarıb. Nəticədə iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.


Вернуться назад