Главная > Dünya / Manset > ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı dayandırılacaq

ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı dayandırılacaq


5-04-2021, 10:00. Разместил: azadses
ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı ilə məşğul olan Baltimordakı “Emergent Biosolutions” zavodu yerli “Johnson & Johnson” şirkətinin ixtiyarına veriləcək.
“The New York Times” xəbər verir ki, bu barədə Bayden administrasiyası müvafiq qərar qəbul edib. Qərarın icrasından sonra müəssisədə Britaniya-İsveç ortaq peyvəndinin (“AstraZeneca”) istehsalı dayandırılacaq və onu yerli vaksin (“Johnson & Johnson”) əvəz edəcək.
Qeyd edək ki, ABŞ peyvəndinin başlıca özəlliyi koronavirusa qarşı immuniteti formalaşdırması üçün iki deyil, bir dozanın kifayət etməsidir.

Вернуться назад