Türkiyənin rekord qıran PUA-sından ŞAD XƏBƏR: yaxın zamanda...
- 7-12-2020, 10:10
- Dünya
Türkiyə Aviasiya və Kosmik Sənaye A.Ş. “Aksungur” (ANKA-2) pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin müdiri, professor Temel Kotil bildirib.
O, “ANKA-1”dən əldə edilən təcrübə əsasında ərsəyə gətirilən ikimotorlu aparatlarla bağlı bəzi çətinliklərlə üzləşdiklərini qeyd edib: “Hər nə qədər Türkiyəyə rəsmi sanksiya tətbiq olunmasa da, alt sistemin tədarükündə çox çətinlik çəkirik. Xaricə sifariş veririk. Məhsul kodu ilə sifariş verdiyimiz halda, qapalı bağlama yerinə açıq bağlama gəlir. Gecikmələr də çox yaşanır”.
Onun sözlərinə görə “ANKA-2” seqmentinin məhsulları ilə müqayisədə daha çox yük daşıya və daha çox havada qala bilir. Həmçinin daha uzaq məsafədən idarəsi mümkündür. Beləliklə, Türkiyənin istənilən bölgəsinə hərəkət mərkəzindən gedib-gələ biləcəklər.
Aparatların yaxın zamanda dünya turuna çıxa bilən versiyaları da olacaq.
“Aksungur”un Türkiyə Hərbi Hava Qüvvələrindəki döyüş təyyarələrinin gerçəkləşdirə biləcəyi bəzi hücum əmrlərini yerinə yetirməsi gözlənilir. Bunun sayəsində döyüş təyyarələrinin gövdəsinin ömrünü uzatmaq planlaşdırılır.
Qeyd edək ki, “Aksungur” sınaq uçuşlarında 40 min fut yüksəkliyə qədər çıxmış və 49 saat ərzində havada qalaraq rekord qırmışdı.