Türkiyədə zəlzələ oldu - SON DƏQİQƏ
- 5-12-2020, 16:43
- Dünya
Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonu sahillərində 5,4 bal gücündə zəlzələ olub.
''Azad Səs'' “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Kandilli Rəsədxanası yayıb.
Yeraltı təkanların episentri 77,58 km dərinlikdə olub.
Qazipaşa bələdiyyəsinin sədri Mehmet Əli Yılmaz itki və dağıntının olmadığını bildirib.
Zəlzələ Mersin və Konya bölgələrində də hiss edilib.