Qarabağda uduzan erməni generalın ÜRƏYİ PARTLADI
- 24-11-2020, 13:07
- Dünya
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və Ermənistan Ordusunun darmadağın edilməsi düşmən tərəfin yüksək rütbəli hərbçilərində şok effekti yaradıb.
Bəzi erməni generallar məğlubiyyətə uğramağı həzm edə bilmirlər.
Ermənistanda “Ölümə gedənlər birliyi”nin sədri, Fövqəladə Hallar Nazirliyində Xilasetmə Xidmətinin rəis müavini vəzifəsində çalışmış general-mayor Astvatsatur Petrosyan ölüb.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, onun yaxınları 67 yaşlı generalın Qarabağdakı sarsıdıcı məğlubiyyətin təsiri altında ürək tutmasından keçindiyini yazırlar.
Xatırladaq ki, Astvatsatur Petrosyan Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə aktiv iştirak edib. O 1992-ci il mayın 8-də Şuşaya hücumun əsas iştirakçılarından olub. Bundan başqa, 1992-ci ilin yanvarında Ermənistan müdafiə nazirinin müşaviri, 1993-2000-ci illərdə müdafiə nazirinin müavini postlarını tutub.
O, Qarabağ döyüşlərindəki iştirakına görə, I dərəcəli "Döyüş Xaçı" ordeni ilə də mükafatlandırılıb.