Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş
Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarksiyanın öldüyünü etiraf edib.
''Azad Səs'' xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
O, bu ilin iyulun 4-də bu "vəzifəyə" təyin olunmuşdu.
Xatırladaq ki, Artur Sarqisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. “Sputnik Armeniya”nın yaydığı məlumatdan isə aydın olur ki, o, həm də separatçıların “müdafiə nazirinin müavini” imiş.