ABŞ Səhiyyə Nazirliyi Co Baydenə tabe olmaqdan imtina edib
- 19-11-2020, 11:40
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “CNN” telekanalı bu barədə qurumun rəhbəri Aleks Azarın açıqlamasına istinadən məlumat yayıb.
“Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”, - deyə A.Azar vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.