“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib
- 25-10-2020, 10:36
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”un (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) Mətbuat Xidmətindən bildirilib.
“Tanker yedəklə lövbər dayanacağına aparılıb, orada mütəxəssislər tərəfindən araşdırılacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, oktyabrın 24-də Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış olub. Hadisədən sonra 10 ekipaj üzvü xilas edilib, üç nəfərin taleyindən xəbər yoxdur. Hazırda ekipaj üzvlərinin axtarış-xilasetmə işləri aparılır.