XİN: Şimali Koreyanın nüvəsizləşdirilməsi konsepsiyası artıq mümkün deyil
- 18-02-2025, 10:30
- Dünya
Şimali Koreyanın nüvəsizləşdirilməsi konsepsiyası artıq mümkün deyil, Pxenyan nüvə silahlı qüvvələrinin ardıcıl gücləndirilməsini davam etdirəcək.
“Report” Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qurum ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirlərinin Münxendə keçirilmiş son görüşünü sərt tənqid edib. Həmin görüşdə xüsusilə Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olmağın zəruriliyi barədə tezis yenidən səsləndirilib.
“Həm praktiki baxımdan, həm də bu terminin istifadəsi baxımından reallıq nöqteyi-nəzərindən daha qeyri-mümkün və qeyri-real olan "nüvəsizləşdirmə" planı cahil ibtidai insanların müasir insanlardan ibtidai cəmiyyətə qayıtmağı xahiş etməsi vəziyyətini xatırladır”, – bəyanatda qeyd olunub.
Şimali Koreya XİN vurğulayıb ki, “ABŞ və onun peyklərinin düşmənçilik təhdidləri mövcud olduğu müddətdə nüvə silahı Şimali Koreya üçün sülh və suverenliyin təminatı, həmçinin konstitusiya ilə təmin edilmiş özünümüdafiə vasitəsidir”.
Xarici siyasət idarəsi bildirib ki, ölkə “bundan sonra da dövlət başçısının nüvə silahlı qüvvələrinin gücləndirilməsinə dair yeni kursuna dəyişməz şəkildə sadiq qalacaq”.
“Bütün hərbi-siyasi vasitələrimizlə dövlətimizin suverenliyini və təhlükəsizlik maraqlarını pozan ABŞ və onun peyklərinin təhdid və şantajlarını ardıcıl şəkildə cilovlayacağıq”, – XİN vurğulayıb.