Litva Aİ-yə inteqrasiya çərçivəsində enerji sistemini Rusiyadan ayırıb
- Dünən, 15:41
- Dünya
Litva Baltikyanı ölkələrin Avropa İttifaqına (Aİ) daha sıx inteqrasiyası və onların enerji təhlükəsizliyinin yaxşılaşdırılması planı çərçivəsində öz elektrik şəbəkəsini Rusiyadan ayırıb.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
“Əlaqəni kəsdik”, - Litvanın “Litgrid” elektrik şəbəkə operatorunun sözçüsü deyib.
Agentliyin məlumatına görə, Latviya və Estoniya da bu gün, fevralın 8-də eyni addımı atmağı planlaşdırır.
Baltikyanı ölkələr daha əvvəl BRELL vahid enerji sisteminə daxil idilər və 2023-cü ilin iyulunda onu tərk etmək barədə razılıq əldə etmişdilər. Bu elektrik şəbəkələrinin Polşa üzərindən Aİ şəbəkəsi ilə sinxron işləməyə keçirilməsi isə fevralın 9-na planlaşdırılır.
BRELL-dən çıxdıqdan sonra Litva, Latviya və Estoniya 24 saat ərzində təcrid olunmuş rejimdə işləyəcək, sonra isə heç bir problem olmadığı təqdirdə Avropanın enerji sisteminə qoşulacaqlar.