Meksika və Braziliya liderləri ABŞ-nin yeni rəhbərliyi ilə münasibətlərin inkişafına hazırdır
- Bu gün, 14:21
- Dünya
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva və Meksika lideri Klaudiya Şeynbaum telefon danışığında ABŞ-nin yeni administrasiyası ilə məhsuldar əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
"Report"un məlumatına görə, Braziliya lideri bu barədə "X"də yazıb.
"Mən Klaudiya Şeynbaumla ikitərəfli və regional gündəliyə dair məsələləri müzakirə etdim. Biz regionda sülhü qorumaq, demokratiyanı gücləndirmək və inkişafı təşviq etmək məqsədilə Amerika qitəsinin bütün ölkələri, o cümlədən ABŞ-nin yeni administrasiyası ilə məhsuldar əlaqələri inkişaf etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik", - Lula da Silva qeyd edib.
O, həmçinin qeyd edib ki, ölkə liderləri telefon danışığı zamanı Latın Amerikası və Karib hövzəsi Dövlətləri Birliyinin gücləndirilməsinin zəruriliyini müzakirə ediblər.
“Mən ikitərəfli münasibətlərdə bu gözəl məqama daha da təkan vermək üçün Meksika prezidentini Braziliyaya dövlət səfərinə dəvət etdim”, - Braziliya lideri yekunlaşdırıb.
Meksika Prezidenti də öz növbəsində söhbətə görə Lula da Silvaya təşəkkür edib. “Biz qardaş Braziliya ilə mədəni və təhsil sahəsində əlaqələri gücləndirəcəyik”, - Şeynbaum əlavə edib.