Kolumbiyada qadın narkotik vasitədən istifadə ilə turistləri soyub
- Dünən, 13:56
- Dünya
Kolumbiyada qadın yaddaşı silən dərmanlardan istifadə edərək turistləri soyub.
"Report"un məlumatına görə, bu barədə "Mirror" qəzeti xəbər yayıb.
Kolumbiya polisinin məlumatına görə, 27 yaşlı Karolina Meya Montoya Medellində “skopolamin” adlı narkotik maddənin köməyi ilə törətdiyi silsilə qarətlərə görə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, qadın bu yolla qurbanlarını, əsasən də turistlərin huşunu pozub və onlardan qızıl-zinət əşyaları alıb. O, Medellin rayonunun dəbdəbəli El Poblado məhəlləsində kimyəvi vasitələrlə baş verən səkkiz qarətdə ittiham olunur.
Montoya kişilərlə görüşüb, onları içkiyə dəvət edib və spirtə qanunla qadağan olunan maddələr qatıb. Kolumbiyada “Şeytanın nəfəsi” kimi də tanınan dərman təxminən dörd saat ərzində bədəni tərk edir, ona görə də testlər çox vaxt onu aşkarlaya bilmir. Zərərçəkənlər huşlarını itirirlər və onlar köməksiz qalarkən qız qiymətli əşyaları aparıb.
Saxlanılan şəxs varlı adamları qurban seçib və qarətlərdən təxminən 30 min dollar qazanıb. Yerli səviyyədə onu “La Marina” cinayətkar qruplaşmanın liderlərindən biri adlandırırlar. Qadının şərik olduğu iddia edilən 3 nəfər may ayında saxlanılıb, lakin o, uşağını ataraq qaça bilib.