Almaniya 2024-cü ildə Ukraynaya təxminən 8,1 milyard avro məbləğində silah tədarükünü təsdiqləyib
- 19-12-2024, 13:09
- Dünya
Almaniya hökuməti 2024-cü il ərzində Ukraynaya təxminən 8,1 milyard avro məbləğində silah və hərbi malların tədarükünü təsdiqləyib.
“Report” xəbər verir ki, bu, AFR-in İqtisadiyyat və İqlimin Mühafizəsi Nazirliyi tərəfindən dərc edilmiş 2024-cü il üzrə silah ixracına dair ilkin məlumatlardan bəlli olub.
“İlkin məlumatlara əsasən, 1 yanvar – 17 dekabr 2024-cü il tarixləri arasında təxminən 13,2 milyard avro məbləğində silah ixracına icazə verilib”, – nazirliyin məlumatında qeyd olunub. Bunun təxminən 8,1 milyard avrosu silah, təxminən 5,1 milyard avrosu isə müdafiə təyinatlı məhsullara aiddir.
“Əsas qəbuledici ölkə təxminən 8,1 milyard avro məbləğində silah ixracı təsdiqlənmiş Ukraynadır”, – İqtisadiyyat Nazirliyindən bildirilib.
2023-cü ildə bu göstərici təxminən 4,4 milyard avro təşkil edib. Beləliklə, bu il göstərici təxminən iki dəfə artıb. “2024-cü ildə Almaniyanın Ukraynaya ümumi silah ixracının 62%-i təsdiqlənəcək”, – Almaniya İqtisadiyyat Nazirliyinin dövlət katibi Berhard Kluttiq vurğulayıb.