ABŞ Ukraynaya yarım milyard dollar hərbi yardım ayırıb
- 13-12-2024, 14:43
- Dünya
Vaşinqton administrasiyası Ukraynaya 500 milyon dollar dəyərində növbəti hərbi yardım paketi təqdim edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, hərbi yardım paketinə “HIMARS” raket sistemləri üçün döyüş sursatı, tank və dron əleyhinə silahlar daxil olacaq.
Qeyd edək ki, Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri də “Yeddilik” qrupunun qərarına uyğun olaraq Ukraynaya 50 milyard dollar məbləğində kredit ayrıldığını təsdiqləyiblər.