The Athletic: Salah “Liverpul” ilə müqavilənin müddətini bir il uzatmağı nəzərdən keçirməyə hazırdır
- Dünən, 12:13
- Dünya
Məhəmməd Salah “Liverpul” ilə müqavilənin müddətini bir il uzatmaq təklifini nəzərdən keçirməyə hazırdır, lakin klubun danışıqları aparmaq tərzi onu getdikcə daha çox məyus edir.
“Report” xəbər verir ki, bu barədə “The Athletic” nəşri yazıb.
Misirli hücumçu hələ də klubun mümkün razılaşmanın şərtləri və müddəti ilə bağlı mövqeyini bildirməsini gözləyir. Rəsmi təklif olmadığı təqdirdə, Salah yanvarın 1-dən başqa bir klubla ilkin müqavilə imzalaya bilər. Hazırda o, digər komandalarla danışıqlar aparmayıb, lakin PSJ da daxil olmaqla Avropanın top-klublarının marağı davam edir.
“Liverpul”un rəhbərliyi oyunçunun nümayəndəsi ilə danışıqların müsbət getdiyini açıqlasa da, Salah onların tempindən məmnun deyil. O qeyd edib ki, əsas prioriteti “Liverpul”da qalmaqdır, ancaq yeni müqavilənin şərtləri onun dünyanın ən yaxşı oyunçularından biri statusuna uyğun olmalıdır.