Əlcəzairin XİN başçısı Blinkenlə Qəzzadakı vəziyyəti müzakirə edib
- 18-11-2024, 12:13
- Dünya
Əlcəzairin xarici işlər naziri Əhməd Attaf və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
"Report"un məlumatına görə, bu barədə Şimali Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi xəbərində deyilir.
Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və strateji dialoqun intensivləşdirilməsi istiqamətində əldə olunan nəticələri alqışlayıblar. Onlar dinamikanın gələcəkdə də qorunub saxlanılacağına və istifadə ediləcəyinə ümid etdiklərini bildiriblər.
Attaf və Blinken həmçinin BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər, xüsusilə Qəzza zolağında vəziyyətin inkişafı, Qərbi Sahara ətrafındakı problem və Haitidə BMT-nin sülhməramlı əməliyyatının yaradılması layihəsi ətrafında fikir mübadiləsi aparıblar.
Dövlət katibi sentyabrda keçirilən seçkilərdən sonra ikinci müddətə seçilən Əlcəzair dövlətinin başçısı Əbdülməcid Tebbunu ABŞ Prezidenti Cozef Baydenin adından bir daha təbrik edib.