ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
- 30-10-2024, 13:05
- Dünya
Dövlət Departamenti Danimarkaya 744 milyon dollar dəyərində 200-dən çox hava – hava sinifli raketin satışını təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
“Danimarka hökuməti 203 ədədə qədər “AIM-120D-3 Advanced Medium Range Air-to-Air Missiles” (AMRAAM) raketi və 9 ədədə qədər idarəetmə bölməsinin alınmasını tələb edib”, – qurumun bəyanatında deyilib.
Mümkün tədarük ehtiyat seksiyaları, köməkçi avadanlıq və ehtiyat hissələri, proqram təminatı, həmçinin silahların logistikası və təmiri üzrə xidmətləri də əhatə edəcək. Sövdələşmənin ümumi dəyəri 744 milyon dollar təşkil edir.
Müqavilənin icraçısı RTX hərbi korporasiyası olacaq.