KİV: Britaniya münaqişə vəziyyətində öz səmasını qoruya bilməyəcək
- 21-10-2024, 11:19
- Dünya
Hava hücumundan müdafiə sisteminin olmaması Böyük Britaniyanı potensial düşmənin raket hücumlarına qarşı həssas edir.
“Report” xəbər verir ki, bunu Britaniya parlamentinin İcmalar Palatasının müdafiə komitəsinin keçmiş sədri Tobias Elvud deyib.
O hesab edir ki, Britaniyanın hava hücumundan müdafiəsi hipersonik raketlərdən istifadə ediləcəyi təqdirdə hücuma məruz qalacaq.
"Nəticədə London kütləvi bombardman riski ilə üzləşəcək. Böyük Britaniya kritik infrastrukturu qorumaq üçün İsrailin "Dəmir Qübbə"sinə bənzər öz hava hücumundan müdafiə sistemini yaratmağa sərmayə qoymalıdır", - Elvud bildirib.
Onu müxalifətdə olan Mühafizəkarlar Partiyasından olan kölgə müdafiə naziri Ceyms Kartlic dəstəkləyib və o, Leyboristlər hökumətini hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının istehsalını sürətləndirməyə çağırıb.
Nəşr xatırladıb ki, oktyabrın 1-də Kral Hərbi Hava Qüvvələri İrandan İsrail istiqamətində atılan qanadlı raketləri vura bilməyib.