Türkiyədən ŞAD XƏBƏR: “4 il vaxtımız var”
- 13-01-2021, 11:05
- Dünya
“Hava hücumundan müdafiə sahəsində 2025-2026-cı illərdə S-400 sistemləri səviyyəsinə çata bilərik”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir “2020 Dəyərləndirmə və 2021 Hədəflər Toplantısı” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Yerli istehsal hava hücumundan müdafiə sistemi olan “Sipər” ilə bağlı 4 il vaxtımız var. 2025-2026-cı illərdə S-400 sistemləri ilə bağlı fəaliyyətlərdən gələn informasiyalarla birlikdə S-400 səviyyəsinə yaxınlaşa bilərik. Hava müdafiəsi texnologiyanın ən geniş tətbiq olunduğu sahələrdən biridir. Burada say üstünlüyü önəmlidir”, - nazir bildirib.
Qeyd edək ki, “S-400 Triumf” hava hücumundan müdafiə kompleksləri Rusiya istehsalıdır və dünyada analoqu yoxdur.