Dövlət Departamenti İsrailin “Hizbullah”a qarşı məhdud əməliyyatlarını dəstəkləyib
- 4-10-2024, 13:53
- Dünya
Vaşinqton administrasiyası İsrailin Livan ərazisində “Hizbullah” təşkilatına qarşı məhdud əməliyyatlar keçirməsini dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün mütəmadi brifinqdə bildirib.
“Biz onların terrorçuları məsuliyyətə cəlb etmək üçün hərbi əməliyyatlar aparmasını dəstəkləyirik”, – o, ABŞ administrasiyasının İsrailin Livan ərazisinə hava zərbələrinə, eləcə də yəhudi dövlətinin qüvvələri tərəfindən orada quru əməliyyatlarının keçirilməsinə münasibəti ilə bağlı suala cavab verib.
“Biz son nəticədə atəşkəs və diplomatik həll istəyirik, lakin İsrailin indi terrorçuları məsuliyyətə cəlb etməsini və məhdud hücumlar etməyə çalışmasını məqsədəuyğun hesab edirik. Hazırda, ən azı, bunlar “Hizbullah”ı sərhəddən geri çəkmək məqsədi daşıyan məhdud hücumlardır”, – Miller İsrail – Livan sərhədi bölgəsində döyüş əməliyyatlarının dayandırılmasını ABŞ-nin istəyib-istəmədiyi barədə danışarkən əlavə edib.