ABŞ və İsrail səfirliklərinin təhlükəsizliyini gücləndirib
- 28-09-2024, 09:41
- Dünya
ABŞ Prezidenti Cozef Bayden Amerikanın Yaxın Şərqdəki səfirliklərində əlavə təhlükəsizlik tədbirlərinin görülməsi və regionda qüvvələr balansına düzəliş edilməsi barədə göstəriş verib.
“Report” xəbər verir ki, bu barədə Amerika liderinin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.
Prezident Bayden Pentaqona güc təhlükəsizliyini təmin etmək və ABŞ-ın bütün missiyalarını dəstəkləmək üçün bölgədəki qüvvələrin mövqelərini qiymətləndirməyi və lazımi qaydada tənzimləməyi tapşırıb.
“N12” telekanalı bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda “Hizbullah” hərəkatının mərkəzi hərbi qərargahına zərbə endirməsindən sonra Təl-Əviv dünyadakı səfirliklərinin təhlükəsizliyini gücləndirib.