Boliviyada İspaniyaya uçmalı olan təyyarədə kokain aşkarlanıb
- 14-09-2024, 08:53
- Dünya
Boliviya polisi Santa-Kruzdan İspaniyanın paytaxtına uçmalı olan təyyarədə torbalarda kokain aşkar edib.
"Report"un məlumatına görə, bu barədə Boliviyanın daxili işlər naziri Karlos del Kastilyo sosial şəbəkədə bildirib.
“Viru Viru hava limanında, İspaniyanın paytaxtı Madridə gedən təyyarədə hava polisi içərisində 6 çanta kokain olan şübhəli paket aşkarlayıb. Bundan sonra bütün təyyarə yoxlanılıb, nəticədə daha 6 kisə kokain aşkar edildi, ekipaj üzvləri də daxil olmaqla saxlanılıblar”, - paylaşımda bildirilir.
Daxili İşlər Nazirliyi rəhrbərinin sözlərinə görə, “təmizlik işçiləri və təyyarə ilə əlaqədə olan” 37 nəfər saxlanılıb. "Bütün saxlanılanlar bu barədə ifadə verirlər", - Kastilyo əlavə edib.
Ümumilikdə 13 kq kokain müsadirə olunub.