Meksikada hakim parlamentə məhkəmə islahatlarını müzakirə etməyi qadağan edib
- 1-09-2024, 08:00
- Dünya
Meksikada Morelos ştatının beşinci rayon hakimi Marta Euheniya Maqanya Lopez ölkə hakimiyyətinin başlatdığı məhkəmə islahatının Deputatlar Palatasında (parlamentin aşağı palatası) müzakirəsinin dayandırılması barədə qərar verib.
“Report” xəbər verir ki, bu barədə El Universal məlumat yayıb.
Məhkəmənin hökmündə deyilir: “Bu məhkəmə-hüquq islahatları layihəsi parlamentin yeni çağırışının Deputatlar Palatasında müzakirəyə çıxarılıb səsə qoyula bilməz. Müstəqil məhkəmə sistemi və məcburiyyətdən azad ədliyyə sistemi cəmiyyətin təminatıdır”.
Qeyd olunur ki, bu qərar respublikanın hakimiyyət orqanlarının başlatdığı məhkəmə islahatlarına qarşı çıxan bir qrup hakimin müraciətinə cavab olaraq qəbul edilib.
Dairə hakimi öz arqumentində qeyd edib ki, islahatların 2025-ci ildə məhkəmə sisteminin yenilənməsi ərizəçiləri heç bir kompensasiya hüququ olmadan federal hakimlər vəzifələrindən uzaqlaşdırmaq məqsədi daşıyır.
“İctimaiyyət konstitusiyaya düzəlişlərin davam etdirilməsində maraqlı olsa da, məsələ burasındadır ki, o, həm də ölkənin ali qanununun islahatlarının insan hüquqları standartlarına uyğun olmasını təmin etməkdə maraqlıdır. Ona görə də qanunun aliliyinin ayrılmaz dəyəri kimi məhkəmə hakimiyyətinin müstəqilliyi konstitusiyadan xaric edilə bilməz”, - Maqanya Lopez öz qərarında bildirib.
Meksika prezidenti Andres Manuel Lopes Obrador, varisi Klaudiya Şeynbaum ilə koordinasiyada, geniş məhkəmə islahatları aparmağa ümid edir. Qeyd olunub ki, islahatları yeni parlament bunu sentyabrın əvvəlində təsdiq edə bilər. İslahat, xüsusilə, Ali Məhkəmənin hakimi vəzifəsinə namizədlərin ictimai müzakirəyə çıxarılmasını təklif edir.