“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib
- 21-08-2024, 12:09
- Dünya
“Taliban” BMT-nin Əfqanıstanda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Riçard Bennetin ölkəyə girişini qadağan edib.
“Report” xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.
Radikal “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid Bennetti “anti-Əfqan təbliğatı”nda və “dünyaya Əfqanıstandakı vəziyyətlə bağlı yanlış məlumat təqdim etməkdə” ittiham edib.
ABŞ 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra “Taliban” bu ölkəyə nəzarəti bərqərar etmək məqsədilə genişmiqyaslı əməliyyata başlayıb. Həmin ilin avqustun 15-də onlar döyüşsüz Kabilə daxil olublar və sonradan öz müvəqqəti hökumətlərini qurduqlarını elan ediblər.