Bolqarıstan avroya keçir
- 8-08-2024, 13:00
- Dünya
Bolqarıstan parlamentinin deputatları ikinci və yekun oxunuşda ölkədə avronun dövriyyəyə buraxılması prosedurunu tənzimləyən qanunu qəbul ediblər.
“Report” xəbər verir ki, qanun yeni pul vahidinin dövriyyəyə buraxılması prinsiplərini, qaydalarını və prosedurlarını müəyyən edir və əhalinin yeni valyutaya uyğunlaşmasına imkan verən keçid dövrünü müəyyən edir.
Avronun və bolqar levinin ikiqat dövriyyə müddəti bir ay olacaq. Bolqarıstan Xalq Bankı lev ilə əskinas və sikkələri pulsuz, qeyri-məhdud miqdarda və vaxt məhdudiyyəti olmadan, rəsmi məzənnə ilə avroya dəyişməyə borcludur.
Avronun dövriyyəyə buraxılmasından əvvəlki ay ərzində ölkədə bütün malların qiymətləri iki valyuta vahidində göstərilməlidir.
Bolqarıstanda avronun dövriyyəyə buraxılma tarixi Avropa İttifaqı Şurası tərəfindən müəyyən edilməlidir.