Pentaqon İranın hücum edəcəyi təqdirdə İsrailə köməyə hazırlaşır
- 7-08-2024, 13:00
- Dünya
Vaşinqton Administrasiyası İranın İsrailə hücum edib-etməyəcəyi barədə danışmayacaq, lakin ABŞ hərbçiləri lazım gələrsə, yəhudi dövlətinə dəstək verməyə hazırlaşırlar.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "iki+iki" formatında ABŞ-Avstraliya danışıqlarının yekunları üzrə ABŞ-nin müdafiə naziri Lloyd Ostin bəyan edib.
"İranın İsrailə hücum edib-etməyəcəyinə dair və nə vaxt İranın bundan sonrakı hərəkətləri barədə spekulyasiya etməyəcəyəm", - o Vaşinqton yaxınlığındakı Annapolisdə (Merilend ştatı) keçirilən mətbuat konfransında deyib.
"Hərbçilərimizi qorumaq üçün əlimizdən gələni edirik və istənildiyi təqdirdə İsrailə kömək etmək imkanımız var", - Pentaqon rəhbəri qeyd edib. "Gördünüz ki, qüvvələrimizin mövqelərini gücləndirmək üçün bir sıra addımlar atdıq", - Ostin vurğulayıb.