İlkin nəticələr: Pezeşkian prezident seçkilərində qalib gəlir - YENİLƏNİB
- 6-07-2024, 12:10
- Dünya
Seçkilərin ilkin nəticələrinə əsasən, islahatçı Məsud Pezeşkian İranın növbəti prezidenti olacaq.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Tehran Times” qəzeti bülletenlərin sayılması ilə bağlı qeyri-rəsmi məlumatlara istinadən yazıb.
İranda prezident seçkilərinin ikinci turunda islahatçı Məsud Pezeşkian 17 milyon səslə qalib gəlib. 14 milyon seçici onun rəqibi mühafizəkar Səid Cəliliyə səs verib.
Nəşrin məlumatına görə, ikinci turda seçici fəallığı təxminən 50 % təşkil edib - İranda qeydə alınmış 61 milyon seçicidən 30 milyondan çox insan səs verib. Prezident seçkilərinin birinci turunda seçici fəallığı təxminən 40 % təşkil edib ki, bu da islam respublikası tarixində ən aşağı göstəricidir.
02:57
İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian mühafizəkar rəqibi Səid Cəlilini üstələyir.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb.
“İndiyədək sayılmış səslərə görə, cənab Məsud Pezeşkian cənab Səid Cəlilini üstələyir, hesablama Pezeşkianın xeyrinə davam edir”, – agentlik qeyd edib.
Bununla belə, “Tasnim” sözügedən ilkin nəticələrin qeyri-rəsmi olduğunu, hesablamanın yekunlaşmadığını vurğulayıb.
“Rəsmi statistika bir neçə saat sonra elan olunacaq”, – agentlik diqqətə çatdırıb.