Amerika Kubokunda III turun növbəti oyunları keçirilib
- 1-07-2024, 09:40
- Dünya
Futbol üzrə Amerika Kubokunda III turun növbəti oyunları keçirilib.
"Report"un məlumatına görə, ABŞ-də təşkil olunan turnirin B qrupunda Meksika Ekvadorla qarşılaşıb.
Görüş 0:0 hesabı ilə bitib.
Qrupun digər oyununda isə Venesuela millisi Yamaykanı üstələyib - 3:0.
Qeyd edək ki, qrupda Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin edib.
Növbəti mərhələdə A qrupunun birincisi Argentina, B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina - Ekvador matçı iyulun 4-ü, Venesuela - Kanada qarşılaşması isə ayın 5-də keçiriləcək.