Cənubi Koreya zenit raketinin hazırlığını başa çatdırıb
- 26-05-2024, 09:35
- Dünya
Koreya Respublikası L-SAM (“Long-range Surface-to-Air Missile”) uzun mənzilli “yer-hava” tipli raketinin hazırlanmasını başa çatdırıb.
"Report"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi ölkənin Müdafiə Proqramları İdarəsinə istinadən xəbər yayıb.
Məlumata görə, kompleks bu yaxınlarda döyüş şəraitində istifadə üçün əlverişli kimi tanınıb. Onun istehsalına 2024-cü ildə başlanması planlaşdırılır və 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. L-SAM 50-60 km yüksəklikdəki hədəflərlə döyüş üçün nəzərdə tutulub. Hazırda inkişafda olan “L-SAM Block-II” daha yüksək hədəfləri tutmağa qadir olacaq.
Koreya Respublikasının hava hücumundan müdafiəsi 40 km-dən çox hündürlükdə hədəfləri məhv etmək vasitəsi kimi yarımadanın cənubundakı Amerika kontingentinin arsenalında olan THAAD sistemlərinə əsaslanır.
Ölkənin silahlı qüvvələri 40 km-ə qədər hündürlükdə təyyarələri məhv etmək üçün özünün inkişaf etmiş orta mənzilli zenit-raket komplekslərinə və Amerikanın “patriot”larına malikdir. Buna görə də yerli media L-SAM-ı Cənubi Koreyanın THAAD adlandırır.
Agentlik qeyd edib ki, yeni zenit-raket kompleksi istifadəyə verildikdən sonra “üç ox” konsepsiyasının tərkib hissəsi olan raketdən müdafiə sistemində əsas rol oynayacaq.