WSJ: Qərb İranla münasibətlərdə qeyri-sabitliyin artdığı dövrə hazırlaşır
- 22-05-2024, 13:00
- Dünya
Qərb ölkələri İran Prezidenti İbrahim Rəisi və islam respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın helikopter qəzasında ölməsindən sonra Tehranla münasibətlərdə qeyri-sabitliyin artması dövrünə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Onun Amerika və Avropa rəsmiləri arasından olan mənbələrinə görə, onlar Tehrandan xarici siyasətdə böyük dəyişikliklər gözləmirlər, lakin yeni prezidenti seçməli olacaq ölkə ilə münasibətlərdə qeyri-sabitliyin artmasına hazırdırlar. Onların fikrincə, Tehran Moskva və Pekinlə münasibətləri dərinləşdirməyə, Fələstinin radikal HƏMAS hərəkatını dəstəkləməyə və nüvə proqramını inkişaf etdirməyə davam edəcək.
Nəşrin həmsöhbətlərinin fikrincə, qarşıdan gələn seçkilər İrana “regionda daha sərt mövqe tutmaq” imkanı verə bilər. Qeyd olunub ki, ABŞ-də prezidentlik yarışı və bu ölkədə mümkün iqtidar dəyişikliyi İranın Ali Rəhbəri Əli Xamenei tərəfindən də Tehranın mövqelərini gücləndirmək şansı kimi qiymətləndirilə bilər.