Slovakiyada prezident seçkilərinin ikinci turu keçiriləcək
- 24-03-2024, 14:41
- Dünya
Səslərin 98,4 faizinin hesablanmasının nəticələrinə əsasən, Slovakiya parlamentinin sədri Peter Pelleqrini və keçmiş xarici işlər naziri İvan Korçok müvafiq olaraq 42 və 37 % səs toplayaraq prezident seçkilərinin ikinci turuna vəsiqə qazanıblar.
"Report"un məlumatına görə, bu barədə Slovakiyanın "SME" nəşri Statistika İdarəsinə istinadən xəbər yayıb.
Slovakiyanın Baş naziri Robert Fiçonun fikirlərini bölüşən Pelleqrini 42,1 % səs toplayıb. Respublika parlamentinin rəhbəri Bansk-Bistrisk (44 %), Trnava (42 %) və Trenç (43 %) vilayətlərində üstünlük təşkil edən səs toplayıb.
Bu arada, liberal siyasətə sadiq qalan diplomat Korçok paytaxt regionunda - Bratislava vilayətində (62%) elektoratın ən böyük dəstəyinə malikdir.