Avstraliya və Britaniya təhlükəsizlik əlaqələrinin inkişafı ilə bağlı saziş imzalayıb
- 21-03-2024, 16:19
- Dünya
Avstraliya və Böyük Britaniya müdafiə və təhlükəsizlik tərəfdaşlığını genişləndirən ikitərəfli saziş imzalayıb.
"Report"un məlumatına görə, bu barədə Avstraliyanın Müdafiə Nazirliyinin rəhbəri Riçard Marlz bildirib.
O qeyd edib ki, yeni müqavilə “iki ölkə hərbçilərinin bir-birinin ərazisində birgə əməliyyatını asanlaşdıracaq”, o cümlədən Britaniyanın Avstraliyadakı sualtı qayıqlarının bir hissəsi kimi “milli suverenlik və regional məsələlər üzrə məsləhətləşmələr üçün mövcud mexanizmi rəsmiləşdirəcək”.
"Biz qaydalara əsaslanan qlobal nizamı dəstəkləmək üçün sıx əməkdaşlıq etməyə davam edirik, lakin dünya mürəkkəbləşdikcə və qeyri-müəyyənləşdikcə, tərəfdaşlığımızın ən vacib aspektləri modernləşdirilməlidir. İmzalanan saziş bunu gələcəkdə təmin edəcək", - nazir jurnalistlərə açıqlamasında deyib.
Marlz aydınlaşdırıb ki, yeni müqavilə çərçivəsində Avstraliya və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün bir neçə təşəbbüsü təsdiqləyib.