Rusiya hərbçilərinə işğal olunmuş ərazilərdə yerli sakinlərlə danışmaq yasaqlanıb
- 20-03-2024, 08:53
- Dünya
Rusiya hərbçilərinə Ukraynanın işğal olunmuş ərazilərində vəzifə tələbi olmadan yerli sakinlərlə danışmaq yasaqlanıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi (MMM) məlumat yayıb.
“Qərara səbəb yerli əhalinin Müdafiə Qüvvələrinə çoxlu məlumat ötürməsi və bununla da işğalçıların yerli əhaliyə qarşı inamsızlığının artması olub. Buna görə də MİƏ-də (müvəqqəti işğal olunmuş ərazi – red.) yerləşən bütün bölmələrə mülki əhali ilə bir daha danışmamaq haqqında göstəriş verilib”, – Mərkəz vurğulayıb.
Qeyd edək ki, MMM Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının tərkibində mülki əhaliyə işğalçılara müqavimət üsullarını öyrədən və həmin ərazidə müqaviməti təşkil edən bölmədir. MMM 2022-ci il fevralın sonunda Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə fəaliyyətə başlayıb.