Estoniya ədliyyə naziri korrupsiya qalmaqalına görə istefa verib
- 17-03-2024, 09:41
- Dünya
Estoniyanın ədliyyə naziri Kalle Laanet korrupsiya qalmaqalından sonra istefa verib.
“Report”un məlumatına görə, bu barədə Estoniyanın “ERR” dövlət televiziya və radio yayımı portalı məlumat yayıb.
Bu hadisəyə səbəb Laanetin nazir vəzifəsində olarkən dövlət pulu ilə ögey oğlunun şirkətindən Tallinndə mənzil kirayələməsi olub. Dövlət onun şirkətinə 12 min avrodan çox kirayə haqqı ödəyib.
Estoniyanın Korrupsiyaya Qarşı Mübarizə Qanununa əsasən, məmurlara qohumları ilə bağlı qərar qəbul etmək və ya hərəkət etmək qadağandır. Bu kontekstdə ögey oğul qohum nəzərdə tutulur.
“Hökumətdə hüquqi aydınlığı və iş sülhünü təmin etmək üçün bu gün qərara gəldim ki, ədliyyə naziri kimi qalmayacağam. İstefa verməyimin digər səbəbi odur ki, yaxınlarım heç bir halda buna layiq olmayan ictimaiyyətin şəxsi hücumlarına məruz qalıblar”, - deyə o qeyd edib.
Estoniya hökumətinin başçısı Kaya Kallas istefanı qəbul edib və Laanetə gördüyü işlərə görə təşəkkür edib.