Yaşar Gülər İraqda yeni əməliyyatın anonsunu verib: Bu yay terror problemi ortadan qalxacaq
- 11-03-2024, 15:30
- Dünya
Prezidentimizin cızdığı çərçivəyə uyğun olaraq bu yay İraq sərhədimizi təmin edəcək dairəni tamamlayacağıq və terror problemini aradan qaldıracağıq.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O, sərhədlər xaricində yeni əməliyyatların başlanacağını istisna etməyib: “Bunun üçün kimsədən icazə almayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir səhifə açmalıdır. Prezidentimiz də belə düşünür. Ən qısa zamanda bu işi bitirib, Türkiyəni terror bəlasından xilas edəcəyik. Son 5-6 ildir ki mübarizə aparırıq”.
Nazir bildirib ki, ABŞ İŞİD-lə mübarizə adı ilə PKK/YPG/SDG terror təşkilatlarını dəstəkləməyə davam edir: “Bir terror təşkilatı ilə mübarizə aparmaq üçün başqasından istifadə etmək doğru deyil. Bunun bəhanəsi yoxdur. İŞİD-lə mübarizə aparan tək ordu Türkiyə Silahlı Qüvvələridir”.