Hulusi Akar: “İlin əvvəlindən bu yana 2 779 terrorçu zərərsizləşdirilib”
- 1-01-2022, 10:27
- Dünya
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar yeni il mesajı yayımlayıb.
Mesajında 2021-ci ili dəyərləndirən Akar ilin əvvəlindən bu yana 308 716 miqrantın sərhədləri keçməsinin qarşısı alındığını, 99 546 miqrant və 480 terrorçunun isə hüquq-mühafizə orqanlarına təhvil verildiyini açıqlayıb.
O, bu il ərzində 2 779, 24 iyul 2015-ci ildən isə həm ölkə daxilində, həm də sərhədlərdən kənarda 33 259 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Nazir son terrorçu zərərsizləşdirilənə qədər “Ölsəm şəhid, qalsam qazi” şüarı ilə terror təşkilatlarına qarşı mübarizə aparmaq və 84 milyon vətəndaşı terror bəlasından xilas etmək əzmində olduqlarını vurğulayıb.