ABŞ institutu: Ukraynada istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq
- 9-03-2024, 16:17
- Dünya
Ukraynada istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Qeyd olunub ki, bu, Rusiya ordusunun gələcək hücum əməliyyatları üçün yenidən qruplaşmasına, komandanlıq və nəzarət sistemini optimallaşdırmağa imkan yaradacaq.
Bildirilib ki, Rusiya ehtimal olunan atəşkəslə döyüşlərin gedişatından dərs çıxarmağa çalışacaq.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə söyləyib ki, cəbhədə vəziyyət ciddi şəkildə dəyişib, Rusiyanın itkiləri artıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.