Avropanın iri silah istehsalçısı Ukraynaya öz sursat istehsalını artırmağı təklif edir
- 7-03-2024, 08:53
- Dünya
Avropanın ən iri silah istehsalçılarından biri olan “Czechoslovak Group” (CSG) Qərbin yardımının azalması fonunda Ukraynaya öz sursat istehsalını artırmağı təklif edir.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
“Czechoslovak Group”un sahibi və baş direktoru Mixal Strnadın sözlərinə görə, şirkət Kiyevin sursat istehsalını gücləndirmək üçün ölkəyə yüz milyonlarla avro sərmayə qoymaq istəyir.
Bildirilib ki, adıçəkilən şirkət “Ukroboronprom” (Ukraynanın müdafiə sənayesi müəssisələrinin birliyi) ilə potensial birgə müəssisə haqqında danışıqlar aparır və artilleriya və tank mərmilərinin, eləcə də ağır texnikanın istehsalı üçün münasib yerlər arayışındadır.
Strnad vurğulayıb ki, CSG 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Slovakiya, İspaniya və Serbiyadakı zavodlarında iriçaplı döyüş sursatlarının istehsalını 10 dəfədən çox artırıb.
“Razılaşmamız olsaydı, texnologiyamızı Ukraynaya ötürərdik. Bu yolla biz onların imkanlarından və insanlarından artilleriya və tank sursatlarının istehsalını artırmaq məqsədilə istifadə edə bilərdik”, – Strnad söyləyib.
Qeyd olunub ki, CSG döyüş sursatı ilə yanaşı, hərbi və mülki “Tatra” yük maşınları, zirehli maşınlar və özüyeriyən haubitsalar istehsal edir, həmçinin Ukrayna ordusu üçün Sovet T72 tanklarını modernləşdirir.
Xatırladaq ki, ötən ay Türkiyənin “Baykar” şirkətinin Ukraynada dron istehsalı zavodunun tikintisinə başladığı bəlli olub.